Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:24

Köhnə manatlar bütün banklarda dəyişdiriləcək


Sənəd dərc edildiyi gündən qüvvəyə minir

Sənəd dərc edildiyi gündən qüvvəyə minir

Prezident İlham Əliyev dekabrın 27-də «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» 2005-ci il 7 fevral tarixli 189 nömrəli fərmana əlavə edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, 2005-ci il 7 fevral tarixli 189 nömrəli fərmanın 2-ci bəndində «Azərbaycan Respublikasının Milli Bankı və onun qurumları» sözlərindən sonra «habelə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklar (filiallar, şöbələr)» sözləri əlavə edilir.

Bu əlavəyə görə, dövriyyədə qalan köhnə əskinasların dəyişdirilməsi yanvarın 1-dən etibarən təkcə Milli Bank vasitəsi ilə deyil, həmçinin ölkədə fəaliyyət göstərən bütün digər bank təşkilatları və onların filialları və şöbələri vasitəsilə də həyata keçiriləcək.


Sənəd dərc edildiyi gündən qüvvəyə minir.


Günün bütün mövzuları

XS
SM
MD
LG