Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:24

ATƏT və ABŞ rəsmiləri mətbuata qarşı zorakılıqdan təəssüflənirlər


ATƏT və ABŞ səfirliyinin nümayəndələri Nicat Dağlara baş çəkiblər, 27 dekabr 2006
ATƏT və ABŞ səfirliyinin nümayəndələri Nicat Dağlara baş çəkiblər, 27 dekabr 2006
ATƏT-in Bakı Ofisinin rəhbəri Robin Sivord təmsil etdiyi təşkilatın müxalifət mətbuatına qarşı olan zorakılıq hallarından təəssüfləndiyini bildirib. Cənab Sivordun adından dekabrın 27-də yayılan bəyanatda jurnalistlərin gündüz vaxtlarında və ictimai yerlərdə zorakılığa məruz qalması, bu hadisəni törədənlərin cəzasız qalmasından narahatlıq ifadə olunur. Sənəddə qeyd edilir ki, bu zorakılıqlar daha geniş şəkil alır və heç bir qorxu bilmədən yenidən təkrar olunur.

Bu gün həmçinin ATƏT-in Bakı Ofisinin insan haqları üzrə əməkdaşı Andreas Buş və ABŞ səfirinin ictimai məsələlər üzrə müşaviri Elizabet Merfi Bakı Tibbi Klinik Mərkəzində müalicə olunan «Azadlıq» qəzetinin əməkdaşı Nicat Dağlara baş çəkiblər. Jurnalist dekabrın 25-də naməlum şəxslər tərəfindən fiziki zorakılığa məruz qalıb.


Görüşdə Nicat Dağlar həyatının hətta xəstəxanada belə təhlükədə olduğunu, xüsusilə ailəsinin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.


Jurnalistlə söhbətdən sonra ABŞ səfirinin müşaviri xanım Merfi diplomatlar adından bəyanatla çıxış edib. Sənəddə diplomatların Nicat Dağların vəziyyətindən narahat olduğu bildirilir: «Jurnalistin səhhəti bizi çox narahat edir. Bu, təmsil etdiyimiz hökumətlərin də Azərbaycanda insan haqlarının müdafiəsi və mətbuat azadlığından narahat olması deməkdir».


Daxili İşlər Nazirliyindənsə bildirirlər ki, «Azadlıq» qəzetinin əməkdaşı Nicat Dağların döyülməsi barədə polis araşdırma aparır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG