Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Bu il Azərbaycana gələn köçəri quşların sayı azalıb


Bu il Azərbaycana 50 -60 faiz az köçəri quş gəlib

Bu il Azərbaycana 50 -60 faiz az köçəri quş gəlib

2006-cı ilin avqustundan dekabrına qədər 14 mindən artıq çöl və ev quşları arasında aparılan monitorinq zamanı «quş qripi» virusu aşkarlanmayıb. Bunu dekabrın 27-də keçirdiyi mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq İdarəsinin rəisi İsmayıl Həsənov deyib. Cənab Həsənovun sözlərinə görə, monitorinq aparılan ərazilərdə ölmüş çöl quşlarına da rast gəlinməyib. Ötən ilin indiki dövrü ilə müqayisədə bu il Azərbaycana 50 -60 faiz az köçəri quş gəldiyini deyən idarə rəisi hesab edir ki, bu quşların miqrasiyasının hələ bundan sonra başlayacağı ilə deyil, daha çox ötən il köçəri quşlar arasında kütləvi tələf olma hallarının baş verməsiylə bağlıdır.


«Quş qripi» ilə mübarizəyə dövlət büdcəsindən 2 milyon 400 min manat ayrıldığını bildirən İsmayıl Həsənova görə, Dünya Bankından da 4 milyon dollar vəsait ayrılıb. Həmin vəsaitə «quş qripi» ilə mübarizə üçün Azərbaycana yeni avadanlıqlar gətiriləcək. İsmayıl Həsənova görə, bundan başqa investisiya proqramı çərçivəsində 2007-ci ildə zona baytarlıq binalarının təmirinə, yenilərinin tikilməsinə və onların müasir avadanlıqlarla təmin olunmasına dair layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.


Günün bütün mövzuları

XS
SM
MD
LG