Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:31

Prezident dünya azərbaycanlılarını Həmrəylik Günü münasibətilə təbrik edib


Prezident İlham Əliyev dekabrın 27-də dünya azərbaycanlılarını Həmrəylik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir ki, günü-gündən dünya azərbaycanlılarının doğma Vətənlə əlaqələri daha da güclənir: «Ayrı-ayrı ölkələrdə azərbaycanlıların icma və cəmiyyətləri vahid mərkəzlər ətrafında birləşir, ictimai-siyasi həyata onların təsiri artır».


Təbrikdə daha sonra bildirilir ki, Azərbaycan diasporunun potensial imkanları onun fəaliyyətinin real nəticələri ilə müqayisədə xeyli yüksəkdir. «Qarşımızda hələ də bir çox ciddi, həlli vacib olan problemlər durur. Azərbaycanlılar yaşadıqları ölkələrin iqtisadi, siyasi və sosial-mədəni həyatına sıx inteqrasiya olunmalı, bu ölkələrlə Azərbaycan arasında əlaqələndirici vəsilə rolunda çıxış etməlidirlər. Müxtəlif ölkələrdə mövcud olan Azərbaycan cəmiyyətlərinin qarşılıqlı fəaliyyəti gücləndirilməli, mühüm məsələlər üzrə onların tədbirləri əlaqələndirilməlidir. Məkrli erməni təbliğatına qarşı müntəzəm surətdə önləyici hücum tədbirləri təşkil edilməlidir. Ümumazərbaycan məsələləri ilə bağlı təsirli addımlar atılmalı, aparıcı ölkələrdə güclü Azərbaycan lobbisi formalaşdırılmalıdır», - deyə, ölkə başçısı təbrikində vurğulayır.
XS
SM
MD
LG