Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:22

Apellyasiya Məhkəməsi Səddam Hüseynə kəsilmiş ölüm hökmünü qüvvədə saxlayıb


İraqın Apellyasiya Məhkəməsi Səddam Hüseynə kəsilmiş ölüm hökmünü qüvvədə saxlayıb. Bu barədə İraqın Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Muvafak al Rubai xəbər verib. Səddam Hüseyn və onun yaxın iki tərəfdarı Ducail qəsəbəsində 148 şiə müsəlmanının qətlinə görə, bu ilin noyabrında ölüm hökmünə məhkum olunublar.


Apellyasiya Məhkəməsinin qərarını prezident Cəlal Təlabani və ölkənin iki vitse-prezidenti də təsdiq etməlidir. Əgər hökm təsdiq olunsa, qərar 30 gün müddətində icra olunmalıdır.


XS
SM
MD
LG