Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:35

«New York Times»: «İran Livanda gördüyü işləri Azərbaycanda da görür»


«Azərbaycanda çoxları İranı çaxnaşmaların arxasında görür»

«Azərbaycanda çoxları İranı çaxnaşmaların arxasında görür»

Necə oldu ki, bir tanınmamış qəzetdə islam barədə çıxan alçaldıcı məqalə ötən aylar İranda və Azərbaycanın bəzi yerlərində emosional nümayişlərə səbəb oldu. Yazıçı Rafiq Tağının «Sənət» qəzetində islama qarşı yazıdğı məqalənin doğurduğu qalmaqalı xatırladan «New York Times»a görə, Azərbaycanda çoxları İranı çaxnaşmaların arxasında görür. Qəzetin müxbiri məsələyə daha geniş kontekstdə baxmağa çalışır. Eyni zamanda, İranın Azərbaycandakı fəaliyyətinin bəzi detallarına diqqət yetirir. Bunlardan biri iranlıların Azərbaycandakı xeyriyyə işləridir.

Qəzetə görə, Azərbaycanda çoxları bu çaxnaşmaları İranın əlaltdan nüfuz etməsi ilə bağlayır. Hər iki ölkədə islamın eyni məzhəbinin - şiəliyin ardıcılları çox olsa da, azərbaycanlılar qorxurlar ki, İran döyüşkən islamçılığı yaymaqla ölkədə sabitliyi poza bilər. İran böyük bir etnik azlıqla nə edəcəyi üstündə baş sındırır. Bu ölkənin 66 milyonluq əhalisinin üçdə birə qədəri etnik azərbaycanlılardır. Bu azlıq tez-tez mədəni muxtariyyat və daha geniş hüquqları dilə gətirir. Bu baxımdan İran istəmir ki, onlar çiçəklənən, dünyəvi Azərbaycandan hansısa ideyanı mənimsəsinlər.



«Addımbaaddım, günbəgün adamlar daha çox dindar olurlar. İran sərhəd boyu fanatiklər yetişdirmək üçün bolluca pul xərcləyir»
«New York Times» misal çəkir ki, İran Livanda gördüyü işləri Azərbaycanda da görür. Azərbaycanda səxavətli sosial yardım proqramları gerçəkləşdirir. Xüsusən də paytaxtdan uzaq, kasıb yerlərdə. Bakıdakı İran Dostluq Mərkəzi yeni mənzilə köçən gənclərə pul, kitablar, hətta mebel hədiyyə edir.

Qəzet «Exo» nəşrinin baş redaktoru Elçin Şıxlınskidən belə bir sitat gətirir: «Addımbaaddım, günbəgün adamlar daha çox dindar olurlar. İran sərhəd boyu fanatiklər yetişdirmək üçün bolluca pul xərcləyir».


«New York Times»ın müxbiri Aylan Qrinberqin müşahidələrinə görə, yazıçı Rafiq Tağının «Sənət» qəzetində islama qarşı məqaləsi Bakıda dini və ictimai liderlər arasında debatlara səbəb olub.


Rafiq Tağı ilə yanaşı, «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlu da ötən aydan həbsdədir və prokurorluq onları dini ədavəti qızışdırmaqda günahlandırır.


Bakı yaxınlığındakı Nardaran kəndinin sakinləri emosional mitinqlər keçirmiş, bu aksiyada bəziləri müəllifi ölümlə hədələmişdi. İranda isə Ayətullah Fazil Lənkərani Azərbaycan yazıçısının ölümünə fitva vermişdi.


Bakılı siyasi təhlilçi İlqar Məmmədovun fikrincə, ziddiyyətli məqalənin peyda olması «Azərbaycanda islamçıların öz güclərini səfərbər etmələrinə və məqsədlərini daha asan gündəmə gətirmələrinə təkan verdi». Xüsusən də dini mühafizəkarlığı ilə məşhur olan Nardaran kəndində etirazlar oldu.


«New York Times» yazır ki, bu etirazlar vaxtı iki jurnalistin və onların ailə üzvlərinin edam olunmasını tələb edənlər də tapıldı. Etirazın daha güclü olduğu Nardaran kimi kəndləri çox vaxt İranın vəkili də sayırlar. Amma qonşu Maştağa kəndində çıxan «Kamillik» jurnalının redaktoru Hacı Namiq deyir: «Bu, belə deyil ki, İran bizə göstəriş verir, biz də əməl edirik. Bizim öz ağlımız var».


«New York Times» məqalə müəlliflərini məhkəməyə vermiş Hacı İlqardan belə bir sitat gətirir: «Bu böhran illər boyu davam edəcək. Bu, qoballaşmış dünyada yaşamağın bəlalarıdır».


Günün bütün mövzuları

XS
SM
MD
LG