Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:20

Saakaşvili İlham Əliyevin «qəhrəman addım» atdığını deyib


İlham Əliyev və Mixail Saakaşvili BTC-nin Azərbaycan hissəsinin açılışında, 25 may 2005

İlham Əliyev və Mixail Saakaşvili BTC-nin Azərbaycan hissəsinin açılışında, 25 may 2005

Gürcüstan prezidenti Mixail Saakaşvili dekabrın 26-da Tbilisi Dövlət Universitetində çıxışı zamanı azərbaycanlı həmkarının «qəhrəman addım » atdığını deyib. Tələbə və müəllim heyəti ilə görüşən Saakaşvili Rusiyanın artan təzyiqlərinə baxmayaraq, İlham Əliyevin Gürcüstana qaz verməyə razı olduğunu alqışlayıb.

Dekabrın 25-də İlham Əliyev Gürcüstanın Baş naziri Zurab Noğaideli ilə görüşüb və danışıqlar zamanı Gürcüstana veriləcək qazın həcmi müəyyənləşib. Lakin gürcü mənbələrində Azərbaycanın gündəlik verəcəyi 1 milyon kubmetr qazın ancaq qış aylarında ötürüləcəyi və hansı mənbədən veriləcəyinin qeyri-müəyyən qaldığı deyilir.


Sənaye və Energetika naziri Natiq Əliyev isə «Azadlıq» radiosuna Gürcüstana veriləcək 1 milyon kubmetr qazın Azərbaycanın öz ehtiyatlarından olduğunu desə də, hansı qiymətə satıldığı barədə məlumatlı olmadığını bildirib:


«Bu, «Şahdəniz» qazı deyil, Azərbaycanın öz ehtiyatlarındandır. «Şahdəniz» qazı hələ yoxdur, heç bilinmir, nə vaxt olacaq».


Gürcüstanın Civil.ge saytında isə bildirilir ki, hələlik heç də Tbilisinin iddia etdiyi kimi, «Şahdəniz» yatağında Türkiyənın payından 800 milyon kubmetr həcmində qazın alınması üzrə razılaşma əldə olunmayıb.


Həmin yataqdan Türkiyəyə düşən payın bir illiyə Azərbaycanla Gürcüstan arasında bölüşdürülməsi barədə 2006-cı ilin noyabr ayından başlamış danışıqlar yaxın günlərdə İstanbulda davam etdiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG