Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:35

Naxçıvan hava limanı təyyarələri qismən qəbul etməyə başlayıb


Naxçıvanda uçuşa hazırlanarkən təyyarələrin birində nasazlıq aşkar olunub

Naxçıvanda uçuşa hazırlanarkən təyyarələrin birində nasazlıq aşkar olunub

Dekabrın 25-də günorta saat 14.30 radələrində Naxçıvanda duman nisbətən çəkildiyinə görə, Muxtar Respublikanın beynəlxalq hava limanı qismən də olsa təyyarələri qəbul etməyə başlayıb.


Dekabrın 25-i 253-cü reyslə Bakıdan Naxçıvana uçan təyyarənin sərnişinlərinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, uçuşa hazırlanarkən təyyarədə nasazlıq aşkar olunub. Sərnişinlər başqa təyyarəyə yerləşdiriliblər.


Dekabrın 23-dən Muxtar Respublikada başlayan dumanlı hava şəraiti təyyarə reyslərinin uçuşunda problem yaratmışdı. Dekabrın 24-dəki beş reysdən üçünün və bugünkü reyslərin sərnişinlərin hələ də hava limanında olduğu xəbər verilir. Muxtar Respublikanın Hava Məlumat Bürosundan bildirirlər ki, təmiz hava şəraitinin axşam saatlarına kimi davam etməsi gözlənilir. Axşam havanın yenidən dumanlı olacağı proqnozlaşdırılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG