Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:00

AMİP-in mətbuat katibi döyüldüyünü iddia edir


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat katibi Əli Oruclu dekabrın 24-də naməlum şəxslər tərəfindən döyüldüyünü və evinə basqın edildiyini bildirir. Cənab Oruclu həmin şəxslərin əvvəlcə küçədə maşınının qarşısını kəsdiyini, ona hədə-qorxu gəldiklərini, daha sonrasa evinə hücum çəkərək döydüklərini deyir: «Məni onların əlindən qonşular aldı. Hədə-qorxu gəlirdilər ki, çox böyük işlərə girişmə».


AMİP fəalı hesab edir ki, baş vermiş hadisə onun siyasi və ya jurnalist fəaliyyəti ilə bağlıdır. O, bir müddət əvvəl yerli media vasitələrində iqtidarın ünvanına tənqidi məqalələr dərc etdirdiyini də bildirir.


Hadisə ilə bağlı polisə məlumat verilib.


XS
SM
MD
LG