Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:06

Azərbaycanda «quş qripi» aşkarlanmayıb


Dekabrın 25-də «quş qripi» ilə bağlı ölkə üzrə növbəti monitorinqə başlanıb

Dekabrın 25-də «quş qripi» ilə bağlı ölkə üzrə növbəti monitorinqə başlanıb

Dekabrın 25-də «quş qripi» ilə bağlı ölkə üzrə növbəti monitorinqə başlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq İdarəsi Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəlinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, ötən həftə keçirilən monitorinq zamanı çöl və ev quşlarında H5N1 virusu aşkarlanmayıb. Son monitorinq Abşeron Milli Parkında, Dəvəçi rayonunun ovçuluq təsərrüfatlarında, «Şirvan», «Ağ göl» və «Qızılağac» qoruqlarında aparılıb, ümumilikdə 37 çöl quşundan pataoloji nümunə götürülüb.


Son monitorinqlər zamanı ev və çöl quşlarında «quş qripi» xəstəliyi olmadığı aşkarlanıb. Bununla belə, Dövlət Baytarlıq Xidməti diri quşların satılması, ovlanması, ev quşlarının qapalı şəraitdə saxlanması və xəstəlik tapılan ölkələrdən quş əti, yem gətirilməsi ilə bağlı qadağanı qüvvədə saxlayır.


Azərbaycanda «quş qripi» 2006-cı ilin fevralında çöl quşlarında tapılıb. Bu xəstəlikdən beş nəfər dünyasını dəyişib.


Monitorinq Ekologiya və Təbii Sərvətlər, Səhiyyə Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Ovçular Cəmiyyəti tərəfindən aparılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG