Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:38

Məhbusların saxlanma şəraiti ilə bağlı qanun layihəsi hazırlanır


Məhbusların saxlanma şəraiti ilə bağlı qanunda köhnəlmiş məqamlar çoxdur
Məhbusların saxlanma şəraiti ilə bağlı qanunda köhnəlmiş məqamlar çoxdur
ATƏT-in Bakı Ofisi Azərbaycan hökuməti ilə birgə məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı qanun layihəsi hazırlayır. Bu məqsədlə işçi qrup da yaradılıb. Layihə üzərində işləmək üçün yerli və xarici ekspertlər cəlb olunub.

ATƏT-in Bakı Ofisinin siyasi məsələlər və mətbuat üzrə müşaviri Ülvi Axundlunun «Azadlıq» radiosuna verdiyi məlumatda belə deyilir.


Qanun layihəsi qurumun Bakı Ofisinin təşəbbüsü ilə hazırlanır. Ancaq layihə üzərində iş davam etdiyindən, təfsilatlı məlumat verilmir. Ülvi Axundlu bildirir ki, qanun layihəsi gələn ilin əvvəllərində hazır olmalıdır və bu zaman ictimaiyyətə məlumat veriləcək.


Hüquq müdafiəçisi Murad Sadəddinov hesab edir ki, məhbusların saxlanma şəraiti ilə bağlı qanunda köhnəlmiş məqamlar çoxdur və ona yenidən baxılmalı, Avropa standartlarına uyğunlaşdırılmalıdır:


«Ömürlük həbs cəzası almış məhkumların kamerada televizora baxmağına icazə verilmir. Qanunvericilik buna imkan vermir. Bu, sadəcə, bir məqamdır. Ancaq orada dəyişdirilməli məqam çoxdur».


Azərbaycanda məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına dair müxtəlif beynəlxalq qurumlar da tövsiyələr veriblər. Azərbaycan hökuməti isə bildirir ki, bu tövsiyələr nəzərə alınır və yeni həbsxanalar tikilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG