Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:46

Türkmənistan Niyazovdan sonra...


Türkmənbaşının son yolu, 24 dekabr 2006

Türkmənbaşının son yolu, 24 dekabr 2006

Türkmənistan prezidenti Saparmurad Niyazov Aşqabadın 15 kilometrliyində yerləşən Kipçak kəndindəki ailə mavzoleyində dəfn olunub. Mavzoleydə beş məqbərə var. Onların dördündə Niyazovun anası, 1942-ci ildə müharibədə həlak olmuş atası, həmçinin 1948-ci ildə zəlzələ zamanı dünyasını dəyişmiş iki qardaşı uyuyur. Mavzoleyin mərkəzində isə prezidentin məqbərəsi yerləşir.

Saparmurad Niyazovun dəfn günü prezident sarayından Kipçak kəndinə qədər yol boyu minlərlə adam dayanmışdı. Mərasimə bir çox ölkələrin nümayəndələri qatılıblar.


Türkmənistana 21 il rəhbərlik etmiş Niyazov dekabrın 21-də dünyasını dəyişib. Rəsmi məlumatlara əsasən onun qəflətən ürəyi dayanıb.


Hazırda dövlət başçısının səlahiyyətlərini keçmiş baş nazirin müavini və səhiyyə naziri Qurbanqulı Berdıməhəmmədov icra edir.


Bu arada dünya birliyini əsas bir məsələ düşündürür: Niyazovdan sonra Türkmənistanı nə gözləyir?


Türkmənistandakı rus icmasının rəhbəri Anatoli Fominin fikrincə, müvəqqəti hökumət Türkmənbaşı siyasi kursunu davam etdiriləcəyini bildirsə də, Türkmənistanda dəyişikliklər qaçılmazdır:


«Bu, yeni tarixin başlanğıcıdır. Hakimiyyətə Niyazov kursunu əvvəlki kimi dəstəkləyəcək xunta, hərbçilər gəlib... Milli Təhlükəsizlik naziri Məhəmmədov çıxış edib dedi ki, sərhədlər bağlanacaq və heç kim ölkəyə gələ bilməyəcək. Deməli, sərhədyanı postlara məxfi göstəriş var: müxalifətçilər peyda olsalar, onları sadəcə məhv etmək. Amma hər necə olsa bu, artıq Niyazov deyil...».


«Türkmənistanda insan haqlarının müdafiəsi regional birliyi»nin rəhbəri Cumamurad Kiyasov isə öz növbəsində Türkmənistanın siyasi həyatına kənardan təsir etməyin zəruri olduğunu qeyd edir:


«Əlbəttə, rahat həyat olmayacaq, Niyazov hakimiyyəti də olmayacaq. Ehtimal ki, güc strukturları hakimiyyəti bölüşdürməyə çalışacaqlar. A. Berdıməhəmmədovu isə pərdə kimi istifadə edəcəklər. Rusiya, ABŞ, Avropa ölkələri müdaxilə etməsələr, sakit həyat perspektivini görmürəm».


Türkmənistanda yeddigünlük matəm davam edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG