Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:52

«Şahdəniz» yatağından qaz hasilatı müvəqqəti dayandırılıb


«Şahdəniz» yatağında qaz hasilatının dayandırılması quyulardan birində yaranmış problemlə əlaqədardır. «BP Azərbaycan» şirkətinin mətbuat üzrə sözçüsü Tamam Bayatlı deyir ki, bəzi KİV-lərin yaydığı kimi, boru kəmərində, platformada qəza baş verməyib:

«Birinci quyuda xırda texniki qüsur aşkarlanıb. Ehtiyat tədbiri olaraq hasilat dayandırılıb. «Şahdəniz» kimi böyük layihənin istismara verilməsinin ilkin dövründə belə texniki problemlərin üzə çıxması normaldır».


Hazırda araşdırma getdiyini bildirən Tamam Bayatlı hasilatın nə vaxt bərpa olunacağını deməyib.


Gürcüstan telekanallarından biri «Şahdəniz» yatağında terror aktı törədildiyini iddia edirdi.


XS
SM
MD
LG