Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:20

Mətbuat Şurasının nizamnaməsinə dəyişiklik etmək cəhdi baş tutmayıb


Azərbaycan jurnalistlərinin 4-cü qurultayı, 23 dekabr 2006

Azərbaycan jurnalistlərinin 4-cü qurultayı, 23 dekabr 2006

Azərbaycan jurnalistlərinin dekabrın 23-də keçirilən 4-cü qurultayında Mətbuat Şurasının nizamnaməsinə dəyişiklik etmək cəhdi baş tutmayıb. Mətbuat Şurası sədrinin və İdarə Heyətinin səlahiyyətlərinin uzadılması, eləcə də qurultayın beş ildən bir keçirilməsini nəzərdə tutan dəyişiklikləri əksəriyyət narazılıqla qarşılayıb. Bu, hesabat-seçki qurultayı olmadığından və təsisçilərin əksəriyyəti tədbirə qatılmadığından, təklif qəbul edilməyib.

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev: «Bunlar fundamental məsələlərdir. Onlar bayram hədiyyəsi kimi torbadan çıxarılası məsələlər deyil ki, əvvəlcədən hazırlıq aparılmadan qərar qəbul edəsən».


Qurultay iştirakçılarından qurumun fəaliyyətini tənqid edənlər də olub. Mətbuat Şurasının sədri Əflatun Amaşov başçılıq etdiyi qurumun mətbuatın problemlərini bəzən həll edə bilmədiyini deyib.


Qurultayın adından qəbul olunan qətnamədə «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qatillərinin və jurnalistlərə qarşı zorakılıq etmiş şəxslərin tapılıb cəzalandırılması, həbsdə olan jurnalistlərin azadlığa buraxılması, habelə jurnalistlərin sosial-məişət problemlərinin həlli və qəzetlərə qarşı çıxarılmış cərimə qərarlarının ləğvi kimi tələblər öz əksini tapıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG