Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:05

İranda azərbaycanlı tələbə 7 il azadlıqdan məhrum edildi


İranın Azərbaycan fəalları «Azadlıq istəyirik» şüarı qaldırırlar, 2006

İranın Azərbaycan fəalları «Azadlıq istəyirik» şüarı qaldırırlar, 2006

Dekabrın əvvəllərində qapalı keçirilən dinləmələrdən sonra Urmiyə İnqilab Məhkəməsi azərbaycanlı fəallardan biri - «Pəyəmi-nur» Universitetinin tələbəsi Mehdi Nurini (Elman Təbrizli) 3 ilini sürgündə keçirmək şərtilə 7 il həbsə məhkum edib.

Bu, son bir il ərzində İranda Azərbaycan fəallarına verilən ən ağır cəza sayılır. Həbsin səbəbi açıqlanmasa da, onun «Güney Azərbaycan Oyanış Hərəkatı»nın (GAMOH) üzvü olmaqda ittiham edildiyi bildirilir.


Mehdi Nuri ilk dəfə 2006-cı ilin mayında «İran» qəzetinin karikaturalarına qarşı kütləvi etiraz aksiyaları zamanı saxlanmışdı. Azad edildikdən az sonra iki dəfə Təbrizdə, bir dəfə isə Sulduzda tutulmuşdu. Həbsdə olarkən müxtəlif mənəvi və fiziki işgəncələrə məruz qaldığı bildirilən Mehdi Nuri 80 gün təkadamlıq kamerada saxlanmışdı. Nəhayət, sentyabrın sonunda məhkəməyə qədər zaminə buraxılmışdı.


Başqa xəbərə əsasən, bu ilin oktyabrında məktəblərdə Azərbaycan dilinin tədrisi tələbi ilə keçirilən aksiyalar zamanı tutulmuş Əsgər Əkbərzadə isə 86 gün həbsdə saxlandıqdan sonra dekabrın 20-də 7 min dollar məbləğində girov qoymaqla zaminə buraxılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG