Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:56

Türkmənistanda prezident seçkisinin vaxtı Xalq Məclisində müəyyənləşdiriləcək


Türkmənistanın prezident əvəzi prezident seçkisinin vaxtının çərşənbə axşamı ali qanunverici orqan olan Xalq Məclisində müəyyənləşdirilməsi barədə fərman verib. Saparmurad Niyazovun ölümündən sonra dövlət başçısı vəzifəsini icra edən Qurbanqulu Berdımuxammedov dekabrın 22-də Türkmənstan Təhlükəsizlik Şurası, Nazirlər Kabineti və parlamentin növbədənkənar iclasında həmin məsələnin müzakirə olunduğunu deyib: «Keçirilən məsləhətdə bizim əziz, böyük Türkmənbaşının, türkmən xalqının sevimli oğlunun ölümü ilə bağlı təşkilati məsələlər müzakirə edildi». Cənab Berdımuxammedovun fərmanında deyilir ki, iki ayın içində keçirilməli seçki ədalətli olmalıdır. Prezidentliyə namizədlərin hansı prinsiplə Xalq Məclisinə təqdim olunacağı aydın deyil. 2000 nəfərlik Məclis üzvlərini Saparmurad Niyazov şəxsən təyin etmişdi.


Avropa Birliyi Türkmənistanı siyasi keçidi beynəlxalq standartlar üzrə aparmağa çağırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG