Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:52

Vladimir Putin Kiyevə səfər edib


Rusiya prezidenti Vladimir Putin dekabrın 22-də Kiyevə səfər edib. O, ukraynalı həmkarı Viktor Yuşşenko və başqa rəsmilərlə görüşündə qarşıdakı iki il üçün birgə fəaliyyət planını müzakirə edəcəklərini deyib. Bundan qabaq Putinin köməkçisi Sergey Prixodko enerji məsələlərinin, hər iki ölkənin Dünya Ticarət Təşkilatına qoşulmasının və vahid iqtisadi məkanın müzakirə ediləcəyini demişdi. Yuşşenko «İnterfaks-Ukraynaya» müsahibəsində Rusiyanın Avropa ilə eyni dərəcədə xarici siyasət üçün mühüm olduğunu deyib. Bu il Viktor Yuşşenkonun «narıncı inqilab» koalisiyası dağıldı və Moskvanın dəstək verdiyi rəqibi Viktor Yanukoviç Baş nazir oldu.


XS
SM
MD
LG