Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:54

«Qazprom» Gürcüstanla saziş bağladığını elan edib


«Qazprom» dekabrın 22-də Gürcüstanla saziş bağladığını elan edib. «RİA-Novosti» Agentliyinin «Qazprom»un sədri Dmitri Medvedyevdən gətirdiyi sitata görə, gələn il Gürcüstan Rusiyadan 1,1 milyard kubmetr qaz alacaq. Tbilisi hər kubmetr üçün «Qazprom»un təkid etdiyi 235 dolları ödəyəcək. Gürcüstanın Baş naziri Zurab Noqaideli isə ölkənin 2007-ci ildə əsas qaz təchizatçısının Azərbaycan olacağını deyib. Bir neçə ay idi ki, «Qazprom»un qiymətləri 110 dollardan 235-ə qaldırmaq istəyi gərgin danışıqlara səbəb olmuşdu.


XS
SM
MD
LG