Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Artıq heç kimə çağırış vərəqəsi göndərilməyəcək


«Hərbi xidmətə çağırışın əsasları haqqında» qanuna bəzi dəyişikliklər edilib

«Hərbi xidmətə çağırışın əsasları haqqında» qanuna bəzi dəyişikliklər edilib

Milli Məclisin dekabrın 22-də keçirilən iclasında «Hərbi xidmətə çağırışın əsasları haqqında» qanuna bəzi dəyişikliklər edilib. Parlamentin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının sədri, vitse-spiker Ziyafət Əsgərov deyib ki, dəyişikliklər orduda əsgərlərin sayının artırılmasından irəli gəlir. Müzakirələrdən sonra dəyişikliklər qəbul edilib.

Bu dəyişikliklər magistraturaya və aspiranturaya sənəd verənlərin, himayəsində 2-ci qrup əlil valideyni olan şəxslərin möhlət hüququnu ləğv edir, çağırış müddətini 20 gündən 30 günə qaldırır. Daha bir düzəliş ondan ibarətdir ki, artıq çağırışçılara çağırış vərəqəsi göndərilməyəcək. Prezidentin həqiqi hərbi xidmətə çağırış və müddətli hərbi qulluqçuların ehtiyata buraxılması barədə fərmanı çıxandan sonra 20 gün ərzində çağırışçılar özləri yerli hərbi komissarlığa gəlməlidirlər. Əks halda, onlara qarşı cinayət işi açılacaq.


Dekabrın 13-də Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasında «Hərbi xidmətə çağırışın əsasları haqqında» qanuna təklif edilən dəyişikliklər müzakirə olunmuşdu. Təklif olunan bir sıra dəyişikliklər komissiya üzvlərinin ciddi etirazına səbəb olduğundan layihə yenidən işlənmək üçün geri qaytarılmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG