Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:09

Bakıya qar yağıb


Dekabrın 22-də Bakıya ilk qar yağıb. Səhərdən başlayan qar gün ərzində davam edəcək. Bunu «Azadlıq» radiosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun rəhbəri Umarya Tağıyeva deyib. Onun sözlərinə görə, dekabrın 23-ü səhər qar dayanacaq. Həmin gün hava dəyişkən buludlu olsa da, əsasən yağıntı olmayacaq. Şimal küləyini cənub küləyi əvəz etdiyindən müsbət temperatur bir neçə dərəcə yüksələcək. Ancaq, xanım Tağıyeva bildirir ki, xoş hava uzun sürməyəcək. Onun sözlərinə görə, dekabrın 24-dən etibarən havanın yenidən dəyişəcəyi, Bakı və bir sıra bölgələrə qar yağacağı gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG