Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:20

Azərbaycan və Rusiya daxili işlər nazirləri birgə protokol imzalayıb


Bakıda səfərdə olan Rusiya Daxili İşlər naziri Rəşid Nurqaliyev dekabrın 22-də azərbaycanlı həmkarı Ramil Usubovla görüşüb. Görüşdə hər iki ölkənin daxili işlər nazirlikləri arasında 2007-2008-ci illərdə qarşılıqlı əlaqələr haqqında protokol imzalanıb. Nazirlər həmçinin sərhədyanı bölgələrdə silah, radioaktiv materiallar, narkotik və insan alverinə qarşı birgə mübarizənin yollarını müzakirə ediblər. Bundan başqa görüşdə MDB-yə üzv olan ölkələrin daxili işlər nazirliklərinin 2010-cu ilədək əməkdaşlığının inkişaf konsepsiyası da müzakirə mövzusu olub.


Rusiyalı nazir prezident İlham Əliyevlə də görüşüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG