Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:50

«Sərhədsiz Reportyorlar» Türkmənistanda dəyişikliyin vaxtının çatdığını bəyan edib


Parisdəki «Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatı Türkmənistanda dəyişikliyin vaxtının gəlib çatdığını bəyan edib. Bunu qurumun Avropa bölməsindən Elsa Vidal «Azadlıq» radiosuna deyib: «Prezident Niyazov bir sıra mülki hüquqların pozuntusuna görə cavabdeh idi və o, mətbuat azadlığını pozanların siyahısında idi. Yer üzərində söz azadlığının ən pis pozulması baxımından Türkmənistan axırdan ikinci idi. Bu ölkə bölgədə və dünyada ən qapalı ölkələrdən idi».


Günün bütün mövzuları

XS
SM
MD
LG