Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:44

Əli Həsənov: «Biz müxalifətlə şərtsiz dialoqa hazırıq»


Prezident Aparatında İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov

Prezident Aparatında İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov

Prezident Aparatında İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

«Azadlıq»: Əli müəllim, bu günlərdə dövlət başçısı hökumətin müxalifətlə dialoqa hazır olduğunu bəyan etdi. Müxalifət düşərgəsində isə belə fikirlər dolaşır ki, guya hakimiyyətdə dialoqa mane olan şəxslər var və onlar Rusiyameylli qüvvələrdir. Bu fikirlərə münasibətiniz necədir?


Əli Həsənov: Hakimiyyətdə yekdil fikir var. Prezidentin fikirlərinə müxalif mövqe demək olar ki, yoxdur. Ona görə də ölkə başçısının çağırışı hakimiyyət nümayəndələrinin əksəriyyətinin fikrini əks etdirir. Biz Azərbaycan müxalifəti ilə dövlətimiz, millətimiz, onun firəvanlığı, milli problemlərin həlli məqsədilə istənilən halda dialoqa hazırıq. Heç bir şərtsiz dialoqa hazırıq.


«Azadlıq»: Bu yaxınlarda dialoq ola bilərmi?


Əli Həsənov: Dialoq yalnız masa arxasında nəyisə müzakirə etmək deyil. Dialoq həm də cəmiyyətdə qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, bir-birinin rasional ideyalarını müzakirəyə çıxartmaq, onların ən optimallarını qəbul etməkdir. Azərbaycan cəmiyyəti yavaş-yavaş qarşılıqlı ittihamlardan, qarşılıqlı qəbul etməməzlik prinsiplərindən əl çəkib, hər şeyə konstruktiv yanaşmalı, dialoq əhval-ruhiyyəsi nümayiş etdirməlidir.


«Azadlıq»: Bu həftə Azərbaycanda olan ABŞ rəsmisi Barri Louvenkron Azərbaycan hökumətinə mətbuat azadlığı, insan haqları, seçkilərlə bağlı tövsiyələr verdi.


Əli Həsənov: Bu tövsiyələrə münasibətimiz normaldır. ABŞ-la bir neçə sahədə əməkdaşlıq edirik. İki ölkə münasibətlərinin böyük bir hissəsini vətəndaş cəmiyyəti quruculuğu, demokratik islahatlar təşkil edir. Bu sahədə ABŞ-dan çox şey öyrənirik. Onların tövsiyələri də döst tövsiyəsi kimi qəbul olunur və əməl etməyə çalışırıq.


«Azadlıq»: Son zamanlar beynəlxalq qurumlar, o cümlədən ABŞ rəsmiləri Azərbaycanda mətbuatın durumunun pisləşməsi haqda fikirlər səsləndirirlər. Hakimiyyət bu fikirlərlə razılaşırmı?


Əli Həsənov: Bu, bir tərəfin fikridir ki, Azərbaycanda mətbuatın vəziyyəti pisləşir. ABŞ rəsmiləri o fikirdə deyillər. Onların qənaətincə, Azərbaycan hökuməti demokratiya istiqamətində hərəkət edir və bu hərəkətləri intensivləşdirmək, problemləri aradan qaldırmaq lazımdır. Biz də onlarla razıyıq və bu istiqamətdə çalışırıq.


«Azadlıq»: Dağlıq Qarabağ münaqişəsi yönündə aparılan danışıqlara yeni qurumlar cəlb oluna bilərmi?


Əli Həsənov: Söhbət təşkilatın dəyişdirilməsindən yox, başqa qurumların səyinin birləşdirilməsindən, digərlərinin bu prosesə qoşulmasından gedir. Azərbaycan ərazisi işğala məruz qalmış dövlət kimi çalışır ki, bütün beynəlxalq təşkilatlar prosesə müdaxilə etsin, münaqişəni həlli tezləşsin. BMT-də GUAM ölkələrinin təşəbbüsü ilə belə müzakirə başlandı. Gələcəkdə bu müzakirələrin davam etdirilməsi, digər təşkilatların ATƏT-ə və Minsk Qrupuna dəstək verməsi istiqamətində səylərimizi davam etdirəcəyik.


Günün bütün mövzuları

XS
SM
MD
LG