Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:05

ABŞ-da prezident seçkilərinə qeyri-rəsmi start verilib


Prezident seçkilərində demokratların şansının daha çox olduğu bildirilir

Prezident seçkilərində demokratların şansının daha çox olduğu bildirilir

Amerika Birləşmiş Ştatlarda prezident seçkilərinə iki ilə yaxın bir vaxt qalır. Hər iki iri siyasi partiyadan-Demokratlardan və Respublikaçılardan kimlərin prezidentlik iddiasında olacağı indidən gündəmə gəlir. Bəzi siyasətçilər prezidentlik iddialarını bildiriblər, bəziləri isə hələ düşündüklərini deyirlər. «Azadlıq» radiosunun Vaşinqtondakı müxbiri Endryu Tallinin verdiyi xəbərə görə, prezidentliyə namizədliyi gözlənənlər sırasında ilk növbədə, adı çəkilənlərdən biri Nyu-Yorkun keçmiş meri Rudolf Culiyanidir. Respublikaçı Culiyani qərarını tezliklə açıqlamayacağını deyir: «Əlbəttə, indinin özündə və ya yaxın gələcəkdə bu düz olmazdı. Amma, haradasa gələn il bu açıqlanacaq».

Rudolf Culiyani 2001-ci il 11 sentyabr hücumundan sonrakı fəaliyyəti ilə çox məşhurlaşmışdı. Əgər o, prezidentlik yarışına qoşulmaq qərarına gələrsə, başqa bir respublikaçı iddiaçının-senator Con MakKeynın rəqibinə çevrilə bilər. MakKeyn öz şansını öyrənmək üçün bir komitə də yaradıb və o da yekun qərarını bir az sonra açıqlayacağını deyir: «Həmişə dediyim kimi, gələn ilin əvvəlində qərar verəcəyəm. Və bayram günlərini ailəmlə bir yerdə keçirəcəyəm və bu qərarı çıxaracağıq».



Respublikaçıların başqa bir mümkün namizədinin Massaçusets ştatında üzə çıxacağı gözlənir. Bu ştatın qubernatoru Mitt Romni amerikalılara yaxşı tanış deyil.

Təhlilçinin sözlərinə görə, bir çoxları kampaniyaya çoxdan başlayıb: «Hillari Klinton və Con MakKeyn artıq iki ildir ki, prezidentlik uğrunda yarışırlar»
Amma, bu ölkənin yaxın tarixində çoxlarının tanımadığı qubernatorun prezident olmasına dair örnəklər var. 90-cı illərin əvvəllərində Arkanzas qubernatoru Bill Klintonu ölkədə tanıyanların sayı çox deyildi.

Respublikaçılara müxalifətdə olan demokratlara gəlincə, Klintonun çoxdan məşhurlaşmış xanımı Hillarinin adı tez-tez çəkilir. Hələ xanım Klinton namizədliyini irəli sürəcəyini deməyib. Onun prezidentliyə iddiası isə artıq məlumdur və 2008-ci ildə demokratların əsas namizədi olacağı gözlənir. Hillarinin partiyadaşları arasında əsas rəqibi isə 45 yaşlı Burok Obama ola bilər. Yeganə Afrika-Amerika mənşəli senator Obama deyir: «Əgər prezidentlik yarışına qoşulmaq qərarına gəlsəm, bunu elan edəcəyəm və hər kəs dəvət ediləcək. Bu andan da söz-söhbətlərə son qoyulacaq».


ABŞ-da prezidentin səlahiyyət müddətini qanun məhdudlaşdırır. Prezident olmaq istəyini bildirməyə isə heç bir vaxt məhdudiyyəti yoxdur. Budəfəki seçkidə öz istəyini bildirmək hüququndan daha tez istifadə edən demokrat Tom Vilsak oldu. Ayova ştatının qubernatoru Vilsak çox da məşhur deyil.


Bəs nəyə görə, potensial namizədlər seçkilərə bir neçə il qalmış fəaliyyətə başlayırlar. Bu, tez deyilmi?


Vaşinqtondakı Demokratiya İnstitutunun direktoru Patrik Başam hesab edir ki, ciddi namizədlər öz işlərini bir neçə il qabaqdan möhkəm tuturlar. Təhlilçinin sözlərinə görə, bir çoxları kampaniyaya çoxdan başlayıb: «Hillari Klinton və Con MakKeyn artıq iki ildir ki, prezidentlik uğrunda yarışırlar». O, hesab edir ki, namizədlərin adlarını tanıtması qələbə üçün şərt olmasa da, kampaniyaya vəsait yığımında çox önəmlidir.


Geniş yayılmış fikirlərdən biri də odur ki, prezident Buşun İraq siyasətinə görə narazılıqlar demokrat namizədlərin şansını artıra bilər. Patrik Başamın sözlərinə görə, respublikaçı namizədlər prezident Corc Buşdan fərqli bir siyasət yürüdəcəklərinə seçiciləri inandırmalı olacaqlar: «Respublikaçılar tərəfdə istənilən bic siyasətçi öz strategiyasına iki şeyi daxil etməlidir. Birincisi, qarşıdakı iki ildə prezident Buş çətin ki, məşhur prezident sayılacaq. İkincisi, Amerikada siyasətçilər Vaşinqton əleyhinə çıxmaqla seçilirlər». Bu isə o deməkdir ki, hökumətə yaxınlığından asılı olmayaraq istənilən namizəd sübut etməyə çalışmalıdır ki, Vaşinqton hakimiyyət mədəniyyətinin bir hissəsi deyil və onu sıravi amerikalıların ehtiyacları maraqlandırır.


Günün bütün mövzuları

XS
SM
MD
LG