Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:22

Ombudsman əsir əsgərlə bağlı xahiş etdi


İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova

İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova

Dekabrın 20-də İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti rəhbəri və proqram koordinatoru Susana Lopezlə görüşüb. Ombudsman Aparatından verilən məlumatda deyilir ki, xanım Süleymanova S.Lopezdən bir müddət əvvəl Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Vüqar Qaracayevin saxlanma şəratini nəzarətdə saxlamasını, onun azad olunması yönündə təxirəsalınmaz tədbirlər görməsini xahiş edib.

Ombudsman eyni zamanda, əsir əsgərin tezliklə Azərbaycana qaytarılmasına yardımçı olması, əsirlikdə saxlandığı müddətdə onun zorakılığa məruz qalmamasını təmin etməsi üçün Komitə prezidenti Yakob Kellenbergə yazdığı məktubu da Susana Lopezə verib.


Susana Lopez azərbaycanlı hərbi əsirə BQXK nümayəndələrinin bu müddətdə beş dəfə baş çəkdiklərini, qurumun onun ailəsi ilə məktublaşmasına şərait yaratdığını bildirib.


Azərbaycan Ordusunun əsgəri Vüqar Qaracayev bu günlərdə azaraq işğal altındakı torpaqlara keçmiş və Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüşdü. Bu müddətdə erməni mətbuatı əsgərin geri qayıtmaq istəməməsi haqda məlumatlar yaysalar da, Azərbaycan tərəfi bunu təkzib edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG