Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:44

Aclıq edən tələbələrdən birinin cərrahiyyə şöbəsinə yerləşdirildiyi bildirilir


Yerdə qalan üç tələbənin də vəziyyətinin pisləşdiyi bildirilir

Yerdə qalan üç tələbənin də vəziyyətinin pisləşdiyi bildirilir

Keçmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) quru aclığa başlamış və ağzını yapışqanlı lentlə bağlamış dörd tələbəsindən birinin vəziyyəti pisləşib. Bu, dekabrın 19-da kəskin böyrək ağrıları ilə xəstəxanaya yerləşdirilən Samir Babayevdir. O, dekabrın 20-si günün birinci yarısında yenidən aclıq aksiyasına qoşulmuşdu. Günun sonunda isə onun səhhətində yenidən problem yaranıb. Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin sədr müavini Vüqar Süleymanlının «Azadlıq» radiosuna verdiyi məlumata görə, Samir Babayev Musa Nağıyev adına Təcili-Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və həkimlər onu əməliyyat etməyə hazırlaşırlar.

Yerdə qalan üç tələbənin də vəziyyətinin pisləşdiyi bildirilir.


30 gündür ki, aclıq edən MAU-nun tələbələrinə dekabrın 20-də ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycan Nümayəndəliyinin əməkdaşları və AXCP sədri Əli Kərimli də baş çəkib. Tələbələrə baş çəkənlərin hamısı onları aksiyanı dayandırmağa çağırıblar.


Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv edəndən sonra birinci, üçüncü və dördüncü kurs tələbələri başqa ali məktəblərə köçürülüblər. Sözügedən ali məktəbə testdənkənar qəbul olunduğu bildirilən ikinci kurs tələbələrinin işinə isə məhkəmədə baxılır.


Tələbələr bu ilin iyun-iyul aylarında da təhsil hüquqlarının bərpası tələbilə fasilələrlə aclıq aksiyaları keçirmişdilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG