Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:19

«Şamxor» tankeri ilə bağlı ekspertizanın rəyi 15-20 günə açıqlanacaq


«Paris Kommunası» adına Gəmi Təmiri Zavodunda təmirə dayanmış «Şamxor» tankerindəki partlayışla bağlı ekspertizanın nəticələri 15-20 günə məlum olacaq. Səbail Rayon prokurorunun müavini Elçin Sultanov belə deyir. Xəzər Dəniz Gəmiçiliyi İdarəsindən (XDGİ) isə bildirirlər ki, qurum hadisə zamanı həlak olmuş Cəlil Qurbanlının dəfn və yas xərclərini boynuna götürüb. Bundan başqa, mərhumun iki azyaşlı uşağı həddi-büluğa çatanadək onlara orta əmək haqqı həcmində müavinət ödənəcək.


XDGİ-nin Mətbuat Xidmətinin rəhbəri Vüqar Mirsadiq deyir ki, yaralılardan üçünün vəziyyəti qənaətbəxşdir, bir-iki günə evə buraxılmalıdırlar. Digər iki nəfərin vəziyyəti isə orta ağırdır. İdarə yaralıların tibbi xərclərini də öz üzərinə götürüb.


Neft daşıyan və tutumu 12.500 ton olan «Şamxor» tankeri dekabrın 18-də «Paris Kommunası» adına Gəmi Təmiri Zavodunda partlayıb. İlkin versiya kimi, qəzaya qaynaq işlərinin səbəb olduğu bildirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG