Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:09

ANS-in tezliyi ilə bağlı müsabiqəyə rəsmi müraciət daxil olmayıb


Rusiya və Türkiyə telekanalları yalnız peyk və ya kabel vasitəsilə yayımlanacaq
Rusiya və Türkiyə telekanalları yalnız peyk və ya kabel vasitəsilə yayımlanacaq
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli «Azadlıq» radiosuna müsahibəsində bildirib ki, ANS TV və ANS ÇM radiosunun tezliyinə elan olunmuş müsabiqəyə hər hansı rəsmi müraciət daxil olmayıb. Şura sədri əksər hallarda onlara şifahi müraciətlərin daxil olduğunu, bəzilərininsə sadəcə, müsabiqənin şərtləri ilə tanış olduqlarını deyir.

O, müsabiqəyə sənədlərin təqdim olunmamasını ANS TV və ANS ÇM-in yayımının müvəqqəti bərpası və bu telekampaniyanın gələcəkdə müsabiqəni udmaq ehtimalının güclü olması ilə bağlılığını da istisna etmir.



«BBC, bu günlərdə FM tezliyi verilən «Azadlıq» və «Amerikanın səsi», eləcə də yerli tezlikdə yayım hüququ almış başqa radioların da yayım məsələsi yenidən gündəmə gələcək. Amma bu məsələ hələ gələn ilin ortalarında araşdırılacaq».
MTRŞ dekabrın 22-də keçiriləcək toplantısında «Lider» televiziyasının lisenziya məsələsinə də baxacaq. Şura sədrinin sözlərinə görə, bu televiziya ciddi qanun pozuntularına yol vermədiyindən ona lisenziya verilməməsi ehtimalı çox azdır: «ANS televiziyası ilə müqayisədə «Lider» də qanun pozuntuları azdır. Bu pozuntular daha çox reklamla bağlıdır».

Nuşirəvan Məhərrəmli bildirir ki, rəhbərlik etdiyi qurum ilin sonunadək televiziya və radioların lisenziya məsələlərini başa çatdırmaq niyyətindədir. Səbəb isə növbəti ildə qurumun yeni planları ilə bağlıdır: «2007-ci ildə gündəmə yeni məsələlər gələcək. Azərbaycanın efir məkanı Avropa standartlarına uyğunlaşdırılacaq. İlin əvvəlindən yerli tezliklərdə xarici televiziya və radioların yayımlanmasının qarşısı alınacaq. Bütün xarici radiolar və televiziyalar, o cümlədən indiyədək yayımlanan Rusiya və Türkiyə telekanalları Azərbaycan ərazisində yalnız peyk və ya kabel vasitəsilə yayımlanacaq. İstər Avropa ölkələrində, istərsə də qonşu Gürcüstanda, Ukraynada, Belarusda xarici telekanallar yerli tezlikdə yayımlanmır».


Cənab Məhərrəmli bildirir ki, xarici televiziyaların yayım məsələsi həll olunduqdan sonra xarici radioların yerli tezliklərdə yayımının dayandırılmasına baxılacaq: «BBC, bu günlərdə FM tezliyi verilən «Azadlıq» və «Amerikanın səsi», eləcə də yerli tezlikdə yayım hüququ almış başqa radioların da yayım məsələsi yenidən gündəmə gələcək. Amma bu məsələ hələ gələn ilin ortalarında araşdırılacaq».


MTRŞ sədri Nuşirəvan Məhərrəmli qurumun bu addımına siyasi rəng verməyin əleyhinədir: «İndiyədək bu sahədə çox böyük güzəştlər etmişdik. Beynəlxalq qurumlar bunu nəzərə almırdılar. Bundan sonra Azərbaycan başqa standartlara keçmək istəyir. Buna da siyasi rəng vermək lazım deyil. Söhbət sadəcə, hüquqi tənzimləmədən gedir».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG