Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:41

Sankt-Peterburqda gənclərə qarşı tutatut başlayıb


Hüquq müdafiəçiləri həyəcan təbili çalır, valideynlər isə öz uşaqlarını axtarırlar
Hüquq müdafiəçiləri həyəcan təbili çalır, valideynlər isə öz uşaqlarını axtarırlar
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində hərbi çağırış yaşlı gənclərə qarşı tutatut başlayıb. Hüquq müdafiəçiləri həyəcan təbili çalır, valideynlər isə öz uşaqlarını axtarırlar.

Artıq üçüncü həftədir ki, rayon hərbi komissarlıqlarının əməkdaşları milislə birlikdə «Çağırışçı» kodu adı altında əməliyyat həyata keçirirlər. 18-27 yaşlı yeniyetmələri saxlayır, hərbi komissarlıqlara yollayırlar. Bəzən onları bütün gecəni orada saxlayırlar.


«Peterburqun Əsgər Anaları» Təşkilatının nümayəndəsi Ella Polyakova deyir ki, hərbi komissarlıqların əməkdaşları çağırışçıların nə valideynləri, nə də vəkil edilmiş nümayəndələri ilə ünsiyyət saxlayırlar: «Qanunla bunu etməli olduqları halda valideynləri sənədlərlə ora buraxmırlar. Məqsəd saxlanılan çağırışçıları hərbi hissədən olan «alıcılar»a ötürməkdir. Nəzarətçi orqanlarsa bu vəziyyətə barmaqarası baxırlar. Korrupsiya hər addımda çiçəklənir. Məsələn, milisdə 1,5 min rubl ödəməklə canını qurtarmaq olar. Bu, təmiz qanunsuzluqdur».


Hüquq müdafiəçilərinin fikrincə, hərbçilərin hərəkəti Rusiya Federasiyası Cinayət Məcəlləsinin «qanunsuz azadlıqdan məhrumetmə» və «vəzifə səlahiyyətlərindən sui-istifadə» maddələri üzrə məsuliyyət yarada bilər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG