Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:21

Atçılığı dirçəltmək üçün şans yaranır


Qarabağ atı
Qarabağ atı
Ağstafa rayon Dilboz Atçılıq Təsərrüfatının rəhbəri Səlimxan Gülalıyev təsərrüfatını on atla qurub, indi isə onların sayı 70-ə çatıb. Yalnız Dilboz cinsini yetişdirdiklərini deyən Səlimxan Gülalıyevin sözlərinə görə, əgər maliyyə vəsaitləri imkan versə onlar təsərrüfatı genişləndirə bilərlər.

Vaxtilə Azərbaycanda atın çox qiymətli minik növü olduğunu deyən cənab Gülalıyev 1990-cı illərində bu sahənin inkişafdan qaldığını, baxımsızlıqdan cins atların kökünün kəsilməkdə olduğunu, ata marağın azaldığını söyləyir. Elə bunun nəticəsidir ki, Azərbaycanda bu sahə üzrə yeganə ixtisaslı kadrlar hazırlayan Gəncə Dövlət Kənd Təsərrüfatı Akademiyasının atçılıq fakültəsi də tələbə qəbul olmadığından bağlanıb. Akademiyanın rektoru Məmmədtağı Cəfərov deyir ki, 1960-70-ci illərdə Gəncədə atçılığın inkişafı, damazlıq-seleksiya işləri aparılması, idman yarışları keçirilməsi üçün geniş kompleks də tikilib. Amma, indi həmin kompleksin ərazisində məcburi köçkünlər yerləşib. Cənab Cəfərov bildirir ki, «Atçılıq haqqında qanunun» qəbul olunması onlarda bu sahənin inkişafına ümidi artırıb və buna görə də, Akademiyada atçılıq fakültəsini bərpa etmək niyyətindədirlər.


Elə Ağstafa rayon Dilboz Atçılıq Təsərrüfatının rəhbəri Səlimxan Gülalıyev də Milli Məclisin «Atçılıq haqqında qanun» qəbul etməsini illərlə gözlədiklərini bildirdi. O, deyir ki, ilk 5-6 il üçün atçılıq sahəsi dövlət büdcəsindən maliyyələşsə, bu sahəni dirçəltmək daha asan ola bilər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG