Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:51

Kristian Ştrohal Azərbaycana gəlir


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Kristian Ştrohal dekabrın 21-də Azərbaycana ikigünlük səfərə gəlir. Qurumun Bakı Ofisinin siyasi məsələlər və mətbuat üzrə müşaviri Ülvi Axundlunun «Azadlıq» radiosuna verdiyi məlumata görə, səfər zamanı Azərbaycanla ATƏT-in əməkdaşlığı, parlament seçkilərindən sonra hökumətə verilmiş tövsiyələrin yerinə yetirilib-yetirilməməsi, insan haqları və başqa məsələlər müzakirə olunacaq.


Bu, ATƏT DTİHB-in direktoru Kristian Ştrohalın parlament seçkilərindən sonra Azərbaycana ilk səfəridir.


Təşkilatın Bakı Ofisinin məlumatına görə, səfər proqramı tam dəqiqləşdirilməsə də, cənab Ştrohalın Xarici İşlər naziri Elmar Məmmədyarovla, müxalifət və qeyri-hökumət təşkilatları ilə görüşü planlaşdırılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG