Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:22

Pentaqon yeni hesabatında İraqda hücumların artdığını bildirir


İraqda Amerika qüvvələrinə, yerli vətəndaşlara hücumlar 22 faiz artıb
İraqda Amerika qüvvələrinə, yerli vətəndaşlara hücumlar 22 faiz artıb
İraqda Amerika qüvvələrinə, yerli vətəndaşlara hücumlar 22 faiz artıb. Bu, 2004-cü ilin iyunundan - İraq suveren olandan ən yüksək səviyyədir. Pentaqonun bazar ertəsi Vaşinqtonda təqdim etdiyi hesabatda belə deyilir. Sənəd «İraqda sabitliyin və təhlükəsizliyin qiymətləndirilməsi» adlanır. Ancaq hesabatda sabitlikdən, təhlükəsizlik tədbirlərindən daha az bəhs olunur. Deyilir ki, anti-Amerika qüvvələri strateji uğur qazana biliblər, sünnilərlə şiələr arasında qarşıdurma yaradıblar ki, bu da İraqın siyasi institutlarına təhlükə törədir, ölkəni vətəndaş müharibəsinə sürükləyir.

Sənəd dərc olunan gün Pentaqona yeni nazir gəlib - Robert Qeyts: «Hamımız Amerikanın oğul və qızlarını evə qaytarmağın yolunu tapmaq istəyirik.

«Hamımız Amerikanın oğul və qızlarını evə qaytarmağın yolunu tapmaq istəyirik. Ancaq prezidentimizin dediyi kimi, biz Yaxın Şərqdə məğlub ola bilmərik. İndiki vaxtda İraqda uğursuzluq millətimizi fəlakətə aparar, bizim nüfuzumuza zərbə vurar və bir neçə on il amerikalılara təhlükə yaradar».
Ancaq prezidentimizin dediyi kimi, biz Yaxın Şərqdə məğlub ola bilmərik. İndiki vaxtda İraqda uğursuzluq millətimizi fəlakətə aparar, bizim nüfuzumuza zərbə vurar və bir neçə on il amerikalılara təhlükə yaradar».


Cənab Qeyts həmin hesabat barədə bir söz deməyib. Ancaq Pentaqonun yeni başçısı yəqin ki, hələ bir müddət hesabatdakı problemlərlə məşğul olacaq.


Sənədə görə, şiə ruhanisi Müqtəda Əs-Sədrin «Mehdi Ordusu» İraqda «Əl-Qaida»nı əvəzləyib, belə ki, dini zəmində zorakılığı qızışdıran ən təhlükəli amilə çevrilib.


ABŞ komandirləri deyirlər ki, qiyamçılar, «Əl-Qaida» yaraqlıları ilə mübarizə aparırlar. Ancaq onlar da hücumların artmasını İraqda sülhün bərpasına ən böyük əngəl hesab edirlər.


Qeyts jurnalistlərə deyib ki, İraqa gedib hər şeyi öz gözüylə görmək istəyir ki, gələcəkdə qərarlar çıxaranda vəziyyət barədə aydın təsəvvürü olsun: «Mən tezliklə İraqa getmək, ordu komandirləri, sıravi heyətlə görüşmək istəyirəm. Mən onların vəziyyətə dair səmimi dəyərləndirməsini eşitmək, gələcəkdə nə etmək barədə yerində məsləhətlər almaq istəyirəm».


Pentaqonun hesabatında deyilir ki, son vaxtlar İraqda həftədə 1.000 hücum olur. Bu hücumlardan ölən vətəndaşların sayı son üç ayda 2 faiz, bu ilin əvvəliylə müqayisədə isə 60 faiz artıb. Sənəddə o da vurğulanır ki, İraq hökumətinin dini zəmində zorakılıqlara son qoya bilməməsi sadə iraqlıların gələcəyə inamını sarsıdıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG