Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:11

«Azsaylı xalqların mədəniyyət şənliyi möhtəşəm keçdi»


Azərbaycanda azsaylı xaqların üç gün mədəniyyət şənliyi keçirilib

Azərbaycanda azsaylı xaqların üç gün mədəniyyət şənliyi keçirilib

-Festival necə keçdi?

-Mədəniyyət və Turizm Nazirliyi uzun illər xatırlanacaq möhtəşəm bir tədbiri gerçəkləşdirdi. Bu festivala qatıldığım üçün xoşbəxtəm. Oraya yazıçı-jurnalist kimi deyil, ləzgi mahnı və rəqslərini toplayıb canlandıran «Suvar» ansamblının bədii rəhbəri sifətində qatılmışdım. Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri – talışlar, ləzgilər, avarlar, kürdlər, tabasaranlılar, ruslar, ukraynalılar, beloruslar, Ahıska türkləri, tatarlar, udinlər və başqaları möhtəşəm bir çələng nümayiş etdirdilər – rəqslər, mahnılar, rəsmlər, əl işləri və s. Rəhbərlik etdiyim ansambla gəlincə, söyləyim ki, «Suvar» sözü ləzgicədən çevirəndə, «bayram» və «Alp çəmənliyi» mənasına gəlir. Filarmoniyada festivalın bağlanış konsertində hərəyə bir nömrə ayırırdılarsa, tamaşaçıların təkidi və yüksək ifaçılıq bizə 5 konsert nömrəsi ilə çıxış etmək şansı verdi. Tədbir o qədər gözəl alındı ki, Mədəniyyət və Turizm Nazirliyi indən belə 2 ildən bir belə festival keçirməyi qərara aldı.


-Sədaqət xanım, üçgünlük festival nəyi göstərdi və nəyi göstərə bilmədi? Başqa deyimlə, nələrə sevinək və nələri düşünüb-çözək?


-Festival 3 gün çəkdi, amma inanın ki, oraya qatılanlar həmişə xatırlayacaq. Al-əlvan və müxtəlif geyimlər, rəqslər...bəlkə də varlığından ilk dəfə soraq tutduğun lap azsaylı xalqlar...Məsələn, ləzgilər, talışlar, kürdlər gözədəyən xalqlardır və varlıqlarından da hamımız xəbərdarıq. Amma festival başqalarını-lap azsaylıları da tanıtdı. Çox faydalı və bütün Azərbaycanı sevindirib-coşduran bir festival idi. Şəxsən mən yalnız və yalnız sevindirici özəlliklərin şahidi oldum və əminəm ki, başqaları da mənim fikrimi həvəslə bölüşərdi.


-Çağdaş cəmiyyətlər müxtəlifliyə sərvət kimi baxırlar. Bu baxımdan Azərbaycanın bəxti gətirib, qamaşıb-sayrışan gözəl bir göy qurşağına bənzəyir. Amma, sizcə, nə dərəcədə birgəyik, nə dərəcədə bir-birimizdən xəbərdarıq, nə dərəcədə bütövük?


-Çox gözəl sualdır. Əlbəttə, Azərbaycanın bəxti gətirib-birik və birgəyik, ancaq festival da göstərdi ki, Azərbaycandan uzaqda yerləşən ölkələri də tanıyırıq, xalqları da, onların mədəniyyətini də. Söhbət özümüzə gələndə, bunu çox vaxt deyə bilmirik. Bir misal. Opera Teatrında «Suvar» ansamblının 10 illiyini qeyd edirdik. Salon ağzınacan dolu idi. Hər çıxışımızdan sonra alqış tufanı qopurdu. Həmkarlarım, dostlarım, tanınmış insanlar çıxışlara valeh olmuşdular və mat qalırdılar ki, indiyəcən bu mədəniyyətdən xəbərsizmişik. Azərbaycan mədəniyyəti, doğrudan da zəngindir və bunun fərqində olmalıyıq. Bir-birimizi daha yaxın tanımamız bütövlükdə mədəni səviyyəmizi, yaşam keyfiyyətimizi, bir cəmiyyət olaraq birgəyaşayışımızı inkişaf etdirəcək.


XS
SM
MD
LG