Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

XƏBƏRLƏR


Cib telefonları insan beyninə mənfi təsir göstərmir

Xərçəng xəstəliyinin epidemiologiyasını öyrənən Danimarka alimləri bu fikrə gəliblər. Araşdırma zamanı 1982-ci ildən bəri mobil rabitədən faydalanan 420 min adamın sağlıq göstəricilərindən istifadə olunub: «Düşünürəm ki, əldə etdiyimiz nəticələrə inanmaq olar»- Danimarkalı ekspert Yoahim Şults belə deyir. Bununla yanaşı, əksər ekspertlər uşaq və yeniyetmələrin cib telefonlarından çox yararlanmasını ziyanlı sayır. Buna səbəbə azyaşlıların beyin və əsəb sistemlərinin hələ tam formalaşmamasıdır.




TRT Mirzə Ələkbər Sabir haqqında film çəkib


Türkiyə Televiziya və Radio Qurumunun Bakıdakı təmsilçisi Əbdülqədir Avşarın sözlərinə görə, yeni filmdə ünlü satirikin həyatı, eləcə də məşhur «Hophopnamə» diqqət mərkəzində saxlanıb. Məlumat üçün bildirək ki, söhbət 13 proqramdan ibarət olan və «Azərbaycan portretləri» adlanan layihənin 5-ci filmindən gedir. Türkiyə tamaşaçıları indiyədək Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin və Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı ilə tanışlıq imkanı qazanıblar.


XS
SM
MD
LG