Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:59

Türkiyənin hərbi sənaye şirkətləri Azərbaycanla əməkdaşlıq etmək istəyirlər


Səfir ölkəsinin hərbi sənaye şirkətlərinin konkret layihələri olduğunu bildirir
Səfir ölkəsinin hərbi sənaye şirkətlərinin konkret layihələri olduğunu bildirir

Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı bildirir ki, ölkəsinin hərbi sənaye şirkətləri «Asilsan» və «Rokitsan» Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinə bəzi təkliflərlə müraciət edib. Səfirin sözlərinə görə, hər iki şirkətin məqsədi hərbi avadanlıq satmaq yox, birgə istehsalla məşğul olmaqdır. Bu yöndə Türkiyə şirkətlərinin konkret layihələri də var: «Bizim ölkənin hərbi sənayesi artıq qurulub, texniki imkanları, infrastrukturu genişdir. Azərbaycanda isə nazirlik yeni yaradılır. İnşallah tədricən Azərbaycanla Türkiyə bu sahədə birgə iş görməyə başlayarlar. Türkiyə ilə Azərbaycanın hərbi əməkdaşlığı, birgə layihələr reallaşdırılması əslində çox normaldır».


Səfir Turan Moralı jurnalistlərlə söhbətində bunu da bildirdi ki, iki ölkə həmçinin peşəkar hərbi kadrların hazırlanması ilə bağlı mövcud proqramları genişləndirmək niyyətindədir.


Səfirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi müavini, Quru qoşunları komandanı İlkər Başbuğ yanvarda Azərbaycana gələcək. Səfər zamanı cənab Başbuğun Azərbaycan rəsmiləri ilə görüşü planlaşdırılır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG