Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:08

Enerji oğruları ilə sövdələşməyə gedən məmuru 6 il həbs gözləyir


Sayğaclara müdaxilə edən şəxsləri inzibati cəza gözləyir

Sayğaclara müdaxilə edən şəxsləri inzibati cəza gözləyir

Bundan sonra külli miqdarda elektrik enerjisini oğurlayanlar 3 il müddətinə azadlıqdan məhrum edilə bilərlər. Milli Məclis dekabrın 19-da bəzi qanunvericilik aktlarına dəyişiklik etməklə elektrik enerjisinin pulunun ödənilməsi qaydalarını sərtləşdirdi. Yeni qaydalarda təkcə istehlakçılar üçün deyil həmçinin bu sahədə işləyən şəxslər üçün də cinayət məsuliyyəti nəzərdə tutulur. Əgər məmurlar enerji oğruları ilə sövdələşməyə gedərsə, onlar 6 il azadlıqdan məhrum edilə bilərlər.


Dəyişikliklər barədə millət vəkillərinə izahat verən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, elektrik enerjisi oğurlama və talamaya yol verən şəxslər həmin məbləği ödədikdə məsuliyyətdən yaxa qurtara bilərlər. Külli miqdarda enerji oğurluğu dedikdə dəyəri 1000 manatdan yuxarı enerji israfçılığı nəzərdə tutulur.


Yeni qaydalara görə sayğaclara müdaxilə edən şəxslər də inzibati qaydada cəzalandırılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG