Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:23

«Şahdəniz» qazının bölüşdürülməsi ilə bağlı danışıqlar nəticəsiz başa çatıb


Sənaye və Energetika naziri Natiq Əliyev

Sənaye və Energetika naziri Natiq Əliyev

«Şahdəniz» qazının Türkiyəyə düşən payının bölüşdürülməsi ilə bağlı bu həftə Azərbaycanda keçirilən danışıqlar nəticəsiz başa çatıb. Sənaye və Energetika naziri Natiq Əliyev dekabrın 19-da jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, buna səbəb Gürcüstanın Türkiyənin payının ən azı 800 milyon kubmetrini almaq istəyi olub. Bundan başqa, ekspertlər səviyyəsində keçirilən danışıqlarda Gürcüstanın alacağı qazın əvəzini gələcəkdə necə qaytaracağı ilə bağlı konkret planı olmadığından tərəflər razılaşa bilməyiblər.

Cənab Əliyevin sözlərinə görə, bu üzdən də qərara alınıb ki, problem Gürcüstan prezidenti Mixail Saakaşvilinin Türkiyəyə səfəri zamanı müzakirə edilsin.


Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı isə deyir ki, siyasi rəsmilər artıq öz qərarlarını veriblər: «Siyasi iradə ortaya qoyuldu. Türkiyə öz payının bir qismini Gürcüstanla Azərbaycana verəcək. Bazarlıq isə hələ davam edir. Nazirlərin Bakıda bu ay toplantısı olacaq. Son qərar da orda verilməlidir».


Rusiya bu il Azərbaycana və Gürcüstana qazı ötən illərlə müqayisədə iki dəfə baha təklif etdiyinə görə, hər iki ölkə «Şahdəniz» yatağından Türkiyəyə düşən payı almaq qərarına gəliblər. Türkiyə texniki problemlərə görə, gələn il ona düşən payı qəbul edə bilmədiyindən Bakı ilə Tbilisinin müraciətinə müsbət cavab verib. Bu haqda razılaşma dekabrın 8-də üç ölkənin nazirləri səviyyəsində keçirilən görüşdə əldə olunub. Gələcəkdə qazın əvəzi Türkiyəyə qaytarılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG