Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:57

IBM saxta dərmanlarla mübarizə üsulu kəşf edib


IBM bir sıra iri əczaçılıq şirkəti ilə birlikdə bu yeni sistemi sınaqdan keçirir

IBM bir sıra iri əczaçılıq şirkəti ilə birlikdə bu yeni sistemi sınaqdan keçirir

Amerikanın IBM şirkəti saxta dərman preparatları ilə mübarizə üsulu işləyib hazırlayıb. Dərmanların qabına onun fərdi identifikasiya nömrəsini kompyuterə ötürən kiçicik radio işarə quraşdırılacaq. Bu da dərmanın yerdəyişməsini izləmək imkanı verəcək.

Hazırda IBM adı açıqlanmayan bir sıra iri əczaçılıq şirkəti ilə birlikdə bu yeni sistemi sınaqdan keçirir.


IBM şirkəti 1911-ci ildə təsis olunub və kompyuter avadanlıqlarının təchizatı sahəsində dünya lideridir.


Günün bütün mövzuları

XS
SM
MD
LG