Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:55

Gəmidəki partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb


Dekabrın 18-də gündüz saat 15.00 radələrində Xəzər Dəniz Gəmiçiliyinə məxsus, Paris Kommunası adına Gəmi Təmiri zavodunda təmirdə olan «Şamxor» gəmisində partlayış baş verib. Səbail Rayon Prokurorunun müavini Elçi Sultanovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, bir nəfər dərhal hadisə yerindəcə keçinib. Üç nəfər ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, qəzanın səbəbləri araşdırılır. Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bildirir ki, ilkin məlumata görə, qəzaya səbəb qaynaq zamanı fəhlələrin diqqətsizliyi olub.


Hadisə yerində Fövqəladə Hallar Nazirliyi, Respublika Prokurorluğu və Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşları işləyirlər. Gəmi üç gün əvvəl təmir dayanıbmış.


Günün bütün mövzuları

XS
SM
MD
LG