Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:34

İlham Əliyev Naxçıvana gedəcək


Dekabrın 20-də prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına (NMR) səfər edəcək. «Azadlıq» radiosunun NMR-dəki əməkdaşının verdiyi xəbərə görə, səfər çərçivəsində onun yeni inşa edilmiş bir sıra obyektlərin açılışında iştirak edəcəyi gözlənir. Bu baxımdan cənab Əliyevin ilk öncə Muxtar Respublikadakı Modul Tipli Elektrik Stansiyasının açılışına qatılacağı bildirilir.


Modul Tipli Elektrik Stansiyasının Naxçıvanda inşasına bu ilin may ayından başlanıb. Gücü 87 meqavat olan stansiya işə düşdükdən sonra Muxtar Respublikanın 60 faizi elektrik enerjisilə daxili imkanlar hesabına təmin olunacaq.


Ölkə başçısının həmçinin Diaqnostika Mərkəzinin, keçmiş prezident Heydər Əliyevin heykəlinin və muzeyinin açılışına qatılacağı da gözlənir.


XS
SM
MD
LG