Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:14

«Mançester Yunayted» uduzub


Həftəsonu Avropanın aparıcı futbol liqalarında növbəti turun oyunları keçirilib. İtaliyanın A seriyasında 16-cı turun mərkəzi oyununda «Roma» ilə «Palermo» qarşılaşıb. Daha yaxşı oynayan paytaxt klubu 4:0 hesabıyla qalib gəlib. Lider «İnter» isə «Messina»nın qapısından iki cavabsız top keçirib. Başqa oyunların nəticələri belə olub: «Fiorentina» – «Milan» 2:2, «Livorno» – «Latsio» 1:1, «Parma» – «Kyevo» 2:2. Hazırda turnir cədvəlinə 42 xalla «İnter» başçılıq edir.


İngiltərədə isə 18-ci turun oyunları keçirilib. «Çelsi» səfərdə «Everton»u 3:2, «Liverpul» isə «Çarlton»u 3:0 hesabıyla məğlub edib. Lider «Mançester Yunayted» rəqib meydanında «Vest Hem»ə uduzub – 0:1. Daha iki oyunun nəticəsi belə olub: «Arsenal» – «Portsmut» 2:2, «Aston Villa» – «Bolton» 0:1.


«Mançester Yunayted» 44 xalla turnir cədvəlinin önündə qərarlaşıb. «Çelsi»nin 42, «Liverpul»un 31, «Arsenal»la «Bolton»un isə 30 xalı var. «Portsmut» 29 xalla 6-cı yerdə qərarlaşıb. İspaniyada 15-ci turun oyunları klublararası dünya çempionatına qatılan «Barselona»nın iştirakı olmadan keçirilib. Buna görə də səfərdə «Rekreativo»nu 2:1 hesabıyla məğlub edən «Sevilya» 34 xalla 1-ci pilləyə yüksəlib. «Real» da səfərdə «Espanyol»a qalib gəlib – 1:0. Qalan oyunlardan ikisinin də nəticəsi maraqlıdı: «Saraqosa» – «Valensiya» 0:1, «Atletiko» – «Xetafe» 1:0. Hazırda «Barselona» 33 xalla 2-ci, «Real» 32 xalla 3-cü, «Atletiko» isə 27 xalla 4-cü yeri tutur.
XS
SM
MD
LG