Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:30

«Quş qripi» ilə bağlı monitorinqin nəticələri bir həftə sonra elan olunacaq


Növbəti monitorinqə dekabrın 25-də start veriləcək
Növbəti monitorinqə dekabrın 25-də start veriləcək

Azərbaycanda «quş qripi»ni müəyyənləşdirmək məqsədilə aparılan monitorinq dekabrın 17-də başa çatıb. Hazırda müxtəlif qoruqlardan, şəxsi və quşçuluq təsərrüfatlarından götürülmüş nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunur. Nəticələr bir həftə sonra - dekabrın 25-də elan olunacaq.


Bu haqda məlumat verən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat üzrə sözçüsü Yolçu Xanvəli deyir ki, monitorinq zamanı ölmüş çöl quşlarına rast gəlinməyib. «Quş qripi» ilə bağlı növbəti monitorinqə dekabrın 25-də start veriləcək. Monitorinq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Ovçular Cəmiyyəti tərəfindən aparılır.


İndiyədək aparılan monitorinqlər zamanı ev və çöl quşları arasında «quş qripi» xəstəliyi olmadığı bildirilib. Bununla belə, Dövlət Baytarlıq Xidməti diri quşların satılması, ovlanması, ev quşlarının qapalı şəraitdə saxlanması və xəstəlik tapılan ölkələrdən quş əti, yem gətirilməsi ilə bağlı qadağanı qüvvədə saxlayır.


Azərbaycanda «quş qripi» bu ilin fevralında çöl quşlarında tapılmış, daha sonra bu xəstəlikdən beş nəfər dünyasını dəyişmişdi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG