Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:34

«İlin adamı sənsən»


«Time» «İlin adamı» müsabiqəsini 1927-ci ildən keçirir

«Time» «İlin adamı» müsabiqəsini 1927-ci ildən keçirir

Amerikanın «Time» jurnalının dekabr sayı «İlin adamı sənsən» manşeti ilə çıxıb.

Jurnalın redaksiya məqaləsində bildirilir ki, istənilən internet istifadəçisi – «yeni rəqəmsal demokratiyanın vətəndaşı» özünü «İlin adamı» hesab edə bilər.


İnternet istifadəçisi bu ada aşağıdakı keyfiyyətlərinə görə layiq görülüb: «dünya mediasına nəzarəti ələ keçirdiyinə, yeni rəqəmsal demokratiyanın əsasını qoyduğuna və pulsuz işlədiyinə» görə.


2006-cı «İlin adamı» adına namizədlər arasında İran, Çin və Şimali Koreya liderləri də olub.


Hansısa konkret bir şəxsin «İlin adamı» seçilməməsi birinci hal deyil. 1966-cı ildə bu fəxri ada o vaxtı 25 yaşı olmayanlar layiq görülüblər. 1975-ci ildə «İlin adamı» Amerika qadınları, 1982-ci ildə isə kompyuter olub.


«Time» «İlin adamı» müsabiqəsini 1927-ci ildən keçirir. Müxtəlif illərdə bu nominasiyada Uinston Çörçill, Adolf Hitler, İosif Stalin, Ronald Reyqan və Bill Klinton «İlin adamı» seçiliblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG