Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:22

«Avropa Birliyi Azərbaycanda media azadlığını diqqətdə saxlayacaq»


Piter Semnebinin səfəri dekabrın 16-da başa çatıb

Piter Semnebinin səfəri dekabrın 16-da başa çatıb

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirir ki, ANS-in müvəqqəti də olsa, açılması yaxşı haldır. Lakin bu cür şikayətlərin araşdırılması üçün şəffaf proseduralar lazımdır.

Bakıda səfərdə olan cənab Semnebi dekabrın 16-da Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, medianın vəziyyəti onun Bakıda rəsmi şəxslərlə keçirdiyi danışıqlarda da diqqət mərkəzində olub: «Avropa Birliyi Azərbaycanda media azadlığı sahəsində, eləcə də ANS telekanalı ilə bağlı vəziyyətin bundan sonra da necə dəyişəcəyini diqqətdə saxlayacaq», – deyə Avropa Birliyinin nümayəndəsi qeyd edib.


Piter Semnebi rəsmilərlə Azərbaycanın yeni daxil olduğu Avropa Birliyinin «Qonşuluq Siyasəti» proqramının həyata keçirilməsi vəziyyətini də müzakirə edib: «Azərbaycanın Avropa strukturlarına inteqrasiyası yeni mərhələyə keçib və demokratik institutların inkişafı, mətbuat azadlığının və qanunun aliliyinin təmin edilməsi bu prosesdə prioritet olacaq».

Cənab Semnebi xatırladıb ki, 2007-ci ilin əvvəlində Avropa Birliyinin Azərbaycanda nümayəndəliyinin açılması nəzərdə tutulur. Bu qurum «Qonşuluq Siyasəti» sahəsində Fəaliyyət Planının necə həyata keçirilməsinin monitorinqini aparacaq və bu proqrama dair qiymətləndirmə hesabatları hazırlayacaq.


Dekabrın 14-dən Bakıda səfərdə olan Piter Semnebi prezident İlham Əliyev, digər dövlət rəsmiləri, həmçinin müxalifət partiyaları, QHT təmsilçiləri və hüquq müdafiəçiləri ilə görüşlər keçirib. Onun səfəri dekabrın 16-da başa çatıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG