Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:54

Azərbaycanda yeni alüminium zavodunun tikilməsi planlaşdırılır


Azərbaycanda yeni alüminium zavodunun tikilməsi planlaşdırılır. Bunu dekabrın 15-də Gəncədə jurnalistlərlə söhbətində Rusiyanın Ticarət Palatasının Azərbaycandakı nümayəndəsi Yuri Şedri bildirib. Onun sözlərinə görə, bölgəyə səfərlərinin məqsədi həm yeni zavod üçün ərazinin seçilməsi, həm də yerli iqtisadi potensialla tanış olmaqdır. Ayda üç min ton alüminium istehsal etmək gücü olacaq alüminium zavodunun Rusiyayla müştərək tikiləcəyini deyən cənab Şedri, layihənin icrasına 1 milyard 300 min ABŞ dolları məbləğində vəsaitin qoyulacağını bildirir.


Gəncə Avtomobil Zavoduna baş çəkən Rusiya Ticarət Palatasının nümayəndələri müəssisənin Rusiyanın «OKA» və «UAZ» avtomobil şirkətləriylə əlaqələrinin kəsilməsinə təəssüfləndiklərini, yeni əməkdaşlıq yolu axtarılacağını bildiriblər.


Rusiyalı nümayəndələr Tovuz və Qazaxda da bir neçə sənaye müəssisəsinə baş çəkiblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG