Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:21

Hakim partiya Qarabağla bağlı müzakirələrə çağırılır


Müxalifətdə olan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) hakim Yeni Azərbaycan Partiyasına (YAP) dialoq təklif edir. YAP-ın icra katibinə dekabrın 14-də ünvanlanan müraciətdə bildirilir ki, son vaxtlar Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsinə Azərbaycanın razılıq verdiyi barədə məlumatlar siyasi partiyaları narahat edir. VHP sədri Sabir Rüstəmxanlı konkret bu məsələnin iqtidar və müxalifət təmsilçiləri arasında qapalı formada müzakirə olunmasını təklif edir.


YAP Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə deyir ki, belə bir dialoq mümkündür, amma YAP-ın bu müraciətə necə cavab verəcəyi partiya rəhbərliyinin səlahiyyətinə aid bir məsələdir.


Parlamentdə təmsil olunan müxalifət nümayəndələri Qarabağ danışıqlarının Milli Məclisdə müzakirə olunması üçün dəfələrlə təkliflə çıxış ediblər. Spiker isə bu məsələ ilə prezidentin və Xarici İşlər Nazirliyinin məşğul olduğunu və müzakirələrə ehtiyac duyulmadığını bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG