Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:11

«Qobustan təcridxanası heç bir standartlara cavab vermir»


UNESCO Qobustan həbsxananın başqa yerə köçürülməsini istəyir
UNESCO Qobustan həbsxananın başqa yerə köçürülməsini istəyir

Hüquq müdafiəçilərinin Qobustan Qapalı Həbsxanasında apardığı monitorinqin nəticələri açıqlanmır. Ədliyyə Nazirliyi yanında yaradılmış İctimai Nəzarət Komitəsinin üzvü, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı bu barədə bir neçə gündən sonra danışa biləcəyini deyir. Ədliyyə Nazirliyi Penitensiar Sistemin rəisi Nazim Ələkbərov isə bildirir ki, o, hələ monitorinqin nəticələrilə tanış deyil. Sadəcə, hüquq müdafiəçilərinə ömürlük həbsə məhkum edilənlərlə bağlı şikayət edilib, bu məhkumlar ömürlük həbsin 15 illik həbslə əvəzlənməsini istəyiblər: «Saxlanma şəraiti və digər problemlərlə bağlı heç bir şikayət olmayıb».



Cənab Ələkbərov deyir ki, bu ilin fevralından başlayaraq penitensiar sistemdə islahatlarla bağlı Ədliyyə Nazirliyilə Avropa Şurası və Avropa Komissiyası arasında bir illik proqram həyata keçirilib. Həmin layihə Azərbaycanın penitensiar sistemində qanunvericiliyin və məhkumların cəmiyyətə reablitasiyası ilə bağlı problemlərin aradan qaldırılmasını nəzərdə tutub. Görülən işlərə ümumilikdə 100 min avro vəsait xərclənib. Nazim Ələkbərov bildirir ki, layihəni 2007-ci ildə davam etdirmək istəsələr də, bu məsələdə razılıq əldə olunmayıb.


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə deyir ki, onlar təcridxanada xeyli çatışmazlıqların şahidi olublar. O, yeməkxananın vəziyyətini misal kimi gətirir.

Hüquq müdafiəçilərini ən çox narahat edən məsələ vərəmli xəstələrin adi məhbuslarla bir yerdə saxlanması olub. Bu problem hələ öz həllini tapmayıb, amma təcridxana rəhbərliyi məsələni yaxın vaxtlarda aradan qaldıracağını bildirib
Amma monitorinqin nəticələrilə bağlı hesabat hazır olana qədər həmin problemlərin bəziləri artıq həll olunub. Belə ki, dekabrın 14-də təcridxanada yeni yeməkxana istifadəyə verilib. Bundan əlavə, hüquq müdafiəçilərini ən çox narahat edən məsələ vərəmli xəstələrin adi məhbuslarla bir yerdə saxlanması olub. Bu problem hələ öz həllini tapmayıb, amma təcridxana rəhbərliyi məsələni yaxın vaxtlarda aradan qaldıracağını bildirib.


Çingiz Qənizadə hesab edir ki, Qobustan təcridxanasındakı ümumi infrastruktur heç bir standartlara cavab vermir. O, bu həbsxanada insanların saxlanmasını məqsədəuyğun saymır: «Döşəmə, tavan, divar hamısı betondandır, gəzinti otaqları olduqca kiçikdir».


Cənab Qənizadə düşünür ki, ola bilər, təcridxanadakı şəraitin köklü dəyişdirilməməsi onun UNESCO -nun tələbilə başqa yerə köçürülməsilə əlaqədardır. Belə ki, UNESCO bu həbsxananın tarixi abidənin yerləşdiyi qoruqda olmasını əsas gətirərək, onun başqa yerə köçürülməsini istəyir.


Vərəmli məhbusların sağlam məhbuslarla bir yerdə saxlanmasını isə nazirlik inkar edir. Ədliyyə nazirinin rəsmisi Nazim Ələkbərov bildirir ki, hazırda ölkədəki həbsxanalarda 950 vərəmli məhbus var və onların da hamısı tibb müəssisələrində müalicə olunmaqdadırlar.


Tez-tez həbsxanalara baş çəkdiyini deyən İnsan Haqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova isə bu sahədə vəziyyətin Avropa standartlarına cavab verdiyini deyir.


Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosiya isə deyir ki, onlar təcridxanalarda islahatların daha sürətli aparılmasını istəyirlər. Həbsxanalarda müəyyən çatışmayan və narazılıq doğuran hallar olsa da, Avropa Şurası onları şişirtmək fikrində deyil. Əsas odur ki, həm Avropa Şurası, həm də Azərbaycan hökuməti bu sahədə əməkdaşlığı davam etdirsin və problemlər aradan qaldırılsın.


Penitensiar sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqilə bağlı 2007-ci ildə Ədliyyə Nazirliyi yeni layihələrə qoşulacaq. Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov deyir ki, indiyə qədər beynəlxalq təşkilatlar Azərbaycanda müəyyən layihələrin həyata keçirilməsinə maliyyə yardımı edirdisə, gələn il bu işlər Avropa Şurası və Avropa İttifaqına üzv olan hansısa ölkənin Ədliyyə Nazirliyinə həvalə olunacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG