Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:05

Vladimir Kramnik Teymur Rəcəbova qarşı oynamaqdan imtina edib


Mütləq dünya çempionu, rusiyalı Vladimir Kramnik şahmat tacı uğrunda azərbaycanlı Teymur Rəcəbova qarşı oynamaqdan imtina edib. O, hələlik bu haqda fikirləşmədiyini söyləyib. FIDE-nin qaydalarına əsasən, əmsalı 2700-dən yüksək olan və bir milyon ABŞ dolları mükafat fonduna təminat verən istənilən şahmatçı Kramniklə qarşılaşmaq huququna malikdi. Bir müddət əvvəl Teymur Rəcəbovla bolqar Veselin Topalov arasında müvafiq razılıq əldə olunmuşdu. Ancaq Topalov Kramnikə uduzduğundan bu razılıq qüvvədən düşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG