Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:37

Rusiya xüsusi xidmət orqanlarına casusluq etməkdə təqsirləndirilən Azərbaycan zabitinin məhkəməsi başlayıb


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Rusiyanın xüsusi xidmət orqanlarına casusluq etməkdə təqsirləndirilən Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Pyotr Moçalovun işi üzrə məhkəmə prosesi başlayıb. APA xəbər verir ki, hakim İsgəndər Hacıyevin sədrliyi ilə qapalı keçirilən prosesdə ittiham aktı elan edilib.


1961-ci ildə Bakıda anadan olan Moçalov 1992-ci ildən Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. 1998-ci ildə isə kapitan rütbəsi ilə ehtiyata buraxılıb. Araşdırmalar nəticəsində onun Naxçıvanda yerləşən hərbi hissələrdən birinin qərargah rəisinin köməkçisi işləyərkən hər birinin müqabilində 300-400 dollar aldığı məlumatları Rusiya tərəfə ötürdüyü müəyyənləşib. Pyotr Moçalov ötən ilin oktyabrında həbs olunub. Məhkəmə prosesi davam edir.


XS
SM
MD
LG