Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:24

MSK-da boş qalan beş yerin üçünün sahibi müəyyənləşdi


MSK-nın tərkibi 18 nəfərdən ibarət olmalıdır
MSK-nın tərkibi 18 nəfərdən ibarət olmalıdır

Mərkəzi Seçki Komissiyasında (MSK) boş qalan beş yerin üçünün də sahibi müəyyənləşdi. Dekabrın 15-də Milli Məclis Ümid Partiyasından Akif Qurbanov, Vətəndaş Həmrəyliyi Partiyasından Almaz Qəhrəmanlı və Ədalət Partiyasından Oqtay Qəhrəmanlının MSK-ya üzv olmalarını rəsmiləşdirib. Bununla razılaşmayan Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyev azlıqda olan partiyaların Komissiyada təmsil olunmasının müəyyənləşməsi qaydalarını ədalətsiz adlandırıblar. Spiker Oqtay Əsədov isə hər şeyin qanun əsasında həyata keçirildiyini deyib.


MSK-nın tərkibi 18 nəfərdən ibarət olmalıdır. Bunun 16-sı artıq məlumdur. Boş qalan iki yerin birini bitərəf deputatlar parlamentdə azlıqda olan partiyalarla razılaşdırmalıdırlar. Sonuncu boş yerin sahibi Müsavat Partiyası isə namizədini verməkdən imtina etdiyi üçün müəyyənləşməmiş qalır. Qanunvericiliyə uyğun olaraq, MSK-da yerlər hakim partiya, bitərəflər və azlıqda qalan partiyalar arasında (hərəyə altı nəfər) bərabər bölünür.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG